İstanbul Böyükşəhər Bələdiyyəsi dünən Avcılarda meydana gələn və 117 nəfərin yaralanması ilə nəticələnən metrobus qəzasından əvvəl sürücünün halının pisləşdiyi anları və səs qeydlərini yayıb.
Türkiyə mediası xəbər verir ki, kadrlarda sürücünün "təcili yardım çağırın, özümü çox pis hiss edirəm" deməsi eşidilir və metrobusun 36 km sürətlə getdiyi görünür.
Məlumata görə, həmin sürücü 2012-ci ildən metrobus xətti üzrə nəqliyyat vasitəsini idarə edir.
**00:31
Türkiyədə ağır yol qəzası baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə İstanbulda, Avcılar bölgəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən dörd metrobus toqquşub. Hadisə yerinə dərhal təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Son məlumata görə, 99 nəfər xəsarət alıb. Onların müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.
Qəza ilə bağlı metrobusların hərəkəti müvəqqəti dayandırılıb.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.