Kremlin insayderləri iddia edirlər ki, Vladimir Putinə qarşı sui-qəsd cəhdi olub.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidentinin avtomobili sol ön təkərindən “sərt zərbə” alıb, ardınca isə “güclü tüstüləmə” baş verib.
Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb, belə ki, o, həmin avtomobillə deyil, ehtiyat kortejlə hərəkət edib.
Bildirilir ki, məsələ iə bağlı artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub.
Sui-qəsdin nə vaxt baş verdiyi açıqlanmayıb.