Salyanda qoşqunun altında qalaraq ölən Türkiyə vətəndaşı - 1980-ci il təvəllüdlü Krutas Süleymandır.
“Report”un məlumatına görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb. Sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun təhlükəsiz hissəsinə çıxarıb. Bu zaman qoşqu sürüşüb və sürücü altında sıxılmış vəziyyətdə qalaraq ölüb.
Hadisə yerinə gələn FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qalan sürücünun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
**13:21
Fövqəladə Hallar Nazirliyinə (FHN) Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1 nəfər “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti qoşqunun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.