Cəlilabad rayonunun Sabirabad kəndində 16 yaşlı qız qəfil dünyasını dəyişib.
"Report"un məlumatına görə, yaxınları kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı halsız vəziyyətdə aşkar ediblər.
Daha sonra 11-ci sinif şagirdi olan qız rayon xəstəxanasına aparılıb. Ancaq xəstəxanada onun artıq öldüyü məlum olub.
Hazırda mərhumun ölüm səbəbi araşdırılır.