Sentyabrın 21-də Naxçıvan seysmoloji stansiyasından 78 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 21:57-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 5,5-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss edilib.