Nijni-Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya YANDIRILDI

Rusiyanın Tolyatti şəhərinin Belorusskaya küçəsində yerləşən şəhər administrasiyası hücuma məruz qalıb. 

 

Bu barədə Samaradakı "Nesluxi.rf" nəşri məlumat yayıb.

 

Qeyd edilir ki, binanın qapısı və eyvanı yandırılıb.

 

Tolyatti administrasiyasından  jurnalistlərə yanğın faktını təsdiqləyib və polisin araşdırma apardığını deyiblər.

 

Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə idarəsinin rəhbərliyindən verilən məlumata görə, yanğın barədə siqnal səhər saat 3:44-də daxil olub. 10 kvadratmetr ərazini əhatə edən yanğın 20 dəqiqə ərzində söndürülüb. Hadisə yerindən "Molotov kokteylləri" tapılıb.

 

Nijni-Novqoroddakı Alyoşa Peşkov küçəsində yerləşən hərbi komissarlığın binasında da yanğın baş verib. Burada təşkil olunan hücum zamanı da binaya "Molotov kokteylləri" atılıb.

 

Qeyd edək ki, sosial şəbəkələrin Rusiya seqmentində bu hadisələr qismən səfərbərliklə əlaqələndirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.