Novxanıda oteldə baş verən yanğın söndürülüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edilib ki, yanğın "Spring" Hotel"in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verib. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.
Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb. Otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılaraq söndürülüb.
**20:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən oteldə yanğın olması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.