Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.