Daha iki nəfər minaya düşdü - BU DƏFƏ TƏRTƏRDƏ
YENİLƏNİB

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Tərtər Rayon Prokurorluğundan məlumat verilib. 

 

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl ba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

**12:57


Tərtərdə iki nəfər minaya düşüb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.

 

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

 

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.


Xatırladaq ki, dünən Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində də mina partlamışdı. Nəticədə iki nəfər ölmüş, bir nəfər xəsarət almışdı. Xəsarət alan şəxsin müalicəsi davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.