İranın Qərbi Azərbaycan vilayətində 10 kilometr dərinlikdə baş verən 5,6 bal maqnitudalı zəlzələdə 1 127 nəfər xəsarət alıb.
TRT Haber bildirir ki, yaralılardan 111-i Xoyda, 5-i Salmasda müalicə olunur, 71 nəfər əməliyyat edilib, bir nəfər isə reanimasiyadadır.
Zəlzələ nəticəsində kənd yerlərində 50 ev tamamilə dağılıb, 500-ə yaxın evə ziyan dəyib.
**12:33(05.10.2022)
İranın şimal-qərbində gecə saatlarında baş verən zəlzələ nəticəsində azı 390 nəfər xəsarət alıb.
Bu barədə “Fars” agentliyi Xoy vilayətinin hökumət orqanlarına istinadən xəbər yayıb.
"Yaralıların ümumi sayı 390 nəfərdir, onlardan 135-i xəstəxanaya yerləşdirilib”, - bölgənin fövqəladə hallar idarəsinin açıqlamasında bildirilir. Qeyd olunur ki, 25 evə ziyan dəyib.
O da bildirilib ki, zəlzələdən sonra 30-a yaxın afterşok qeydə alınıb.
**09:18
Oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Məlumatda yeraltı təkanların episentrinin Təbriz şəhərindən 102 kilometr şimal-qərbdə, ocağının isə 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.