Xəzər dənizində - Həştərxan yaxınlığında Rusiyanın iki kiçik gəmisi toqquşub.
TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar da var.
“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda kiçikhəcmli iki gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda qeyd edilib.
Nazirlikdən verilən dəqiqləşdirilmiş məlumata görə, bir nəfər ölüb.
“Şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişini xilas etmək mümkün olmayıb, təcili yardım gələnə qədər o, həyatını itirib. İkinci gəminin şturmanı xəsarət almayıb”, - deyə nazirlikdən bildirilib.