Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.
Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
** 20:28
İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.