Sumqayıt şəhərində bir dam altında tikilən və ümumi sahəsi 150 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (çayxana, avtoyuma, market) sahəsi 80 m² olan çayxanada 1 ədəd soyuducu və 4 dəst stol-stul yanıb, lambirdən ibarət tavan 20 m² sahədə əriyib.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan sahəsi 40 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.