Lənkəranın Osaküçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, ata və oğlu xəsarət alıblar.
''Report''un verdiyi xəbərə görə, Lənkəran rayonu, Günəhir kənd sakini, 1969-cu il təvəllüdlü Malik Qubad oğlu Əliyevin idarə etdiyi ''Niva'' markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.
Nəticədə sürücü və oğlu - 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.
Faktla bağlı araşdırma aparılır.