Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonunda, ocağı isə yerin 7 kilometr dərinliyində olub.
Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.