Mingəçevirdəki qəzada həlak olanlar Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri imiş...
YENİLƏNİB, FOTO


Xəbər verdiyimiz kimi, Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

 

APA xəbər verir ki,  həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləridir. 

 

Bunlar 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovadır.

 

Xatırladaq ki, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.


**22:27



Mingəçevir şəhərinin İslam İslamzadə küçəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


"Report"un məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində idarəetmədən çıxan nəqliyyat vasitələrindən biri yol kənarında olan piyadalar- 1966-cı il təvəllüdlü Xədicə Sultanova və 1963-cü il təvəllüdlü Şamaxı Məmmədovanı vurub.


Zərbənin gücündən piyadalar bir neçə metr kənara düşüb.


Onlar ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb, reanimasiya şöbəsinə yerləşdiriliblər. Amma həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, hər ikisi xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.