Mingəçevirdə iki avtomobil toqquşub, maşınlardan biri lil axını kanalına düşüb.
“Xəzər Xəbər”in məlumatına görə, hadisə az öncə şəhərin Günəşli yaşayış massivi, 1-ci paralel küçəsində baş verib.
“KİA” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın zərbənin təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.
İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.
Məlumata görə, sabah xanımın toyu olmalıydı...
Faktla bağlı araşdırma başlanıb.