Azərbaycanda səfərdə olarkən Cəbrayılda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.
Senzor.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlar mütəmadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə buraxılacaqları gözlənilir.
**23:21(20.10.2022)
Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edib.
Senzor.az-ın məlumatına görə, Binəli Yıldırım səhhətinin yaxşı olduğunu bildirib.
“Azərbaycana səfərimiz zamanı yol qəzasına uğradıq. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada tibbi nəzarət altındayıq. Dua edib xoş arzularını çatdıran hər kəsə təşəkkürlər”, - deyə Binəli Yıldırım “Tvitter” hesabında yazıb.
**22:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.
AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.
Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsi sürücüsünün də səhhəti yaxşıdır.
Bu arada Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.
O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.
Azerbaycan ziyaretinde olan Sn. Binali Yıldırım’ın korumasıyla milletvekili arkadaşımız Şamil Ayrım’ın da bulunduğu aracı kaza yaptı. Kendisiyle görüştüm. Üçünün de sağlık durumunun iyi olduğunu, kazayı hafif atlattıklarını öğrendim. Tekrar geçmiş olsun dileklerimi sunuyorum.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) October 20, 2022