Paytaxtın Nizami rayonunda ağır yol qəzası baş verib.
APA bildirir ki, hadisə Mikayıl Əliyev və Babək prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Mirzəbəyov Çingiz Altay oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə Mikayıl Əliyev küçəsindən Babək prospektinə keçmək istəyib.
Bu zaman 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Məhərrəm oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə “Toyota”ya çırpılıb.
“Toyota” markalı nəqliyyat vasitəsi yol kənarında təmir sexinin ərazisindəki “Chevrolet” markalı avtomobilin üstünə düşüb.
İdarəetmədən çıxan “Hyundai” təmir sexinin ərazisinə aşıb.
Qəza nəticəsində sürücülər Ç.Mirzəbəyov və V.Əhmədov, o cümlədən “Hyundai”da olan sərnişinlər - 1991-ci il təvəllüdlü Cəlilov Hüseynpaşa Rasim oğlu, 1993-cü il təvəllüdlü Daşdəmirov Şəhriyar Xanlar oğlu və 1993-cü il təvəllüdlü Əliyev Faiq Əliheydər oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib. Yaralılardan Ç.Mirzəbəyovun vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Qəza nəticəsində deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.