Bakıda fəhlə şirkətdə dəzgaha düşüb öldü

Bakıda şirkətdə ölüm hadisəsi baş verib.


Nərimanov rayon prokurorluğundan Senzor.az-a verilən məlumata görə, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rqayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.