Bu gün axşam saatlarında Bakının Nizami rayonu, C.Naxçivanski küçəsində “BakuBus” MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda belə deyilir.
"İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də, heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır. “BakuBus” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.
Bəzi KİV-də hadisə nəticəsində ölən və yaralananları olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".