Oktyabrın 22-də Özbəkistanın qərbində, Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə müxtəlif ziyan dəyib.
Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib.
Partlayış nəticəsində dəymiş ziyanı qiymətləndirmək üçün müvafiq idarələrin və yerli hakimiyyət orqanlarının nümayəndələrinin daxil olduğu xüsusi işçi qrupu yaradılıb.
Özbəkistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.