Yasamalda su kəmərində baş verən partlayışa görə sığorta ödənişi veriləcək

Bu gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza səbəbilə meydana gələn su fontanının ətrafa vurduğu zərər sığorta hadisəsi hesab edilir.


Bu barədə  Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.


Assosiasiya qeyd edir ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış sığortalılar məlum hadisə nəticəsində qeyd edilən sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakları hər hansı zərər görübsə, bununla əlaqədar olaraq öz sığorta şirkətlərinə müraciət edə bilərlər.


Bildirilib ki, məlum hadisənin baş verdiyi Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 50 manat, təminat məbləği isə 25 min manata qədərdir:


“Adı çəkilən sığorta növü 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında”Qanunu ilə tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir".


Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası növü yanğın və ya ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, eyni zamanda qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi kimi hadisələrə təminat verir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.