İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.
"Report" xəbər verir ki, hadisə rayonun İvanovka kəndinə gedən asfalt yolda qeydə alınıb.
1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kəndi istiqamətində hərəkətdə olarkən maşın yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə onun avtomobildə olan həyat yoldaşı - 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova və özü isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.