Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.
Məlumatı “TRTHaber” yayıb.
Məlumata görə, hadisə yerinə çoxlu sayda polis əməkdaşları, yanğınsöndürənləri və təcili tibbi yardım heyəti cəlb olunub.
Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.