Bakının Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın FHN-in müvafiq bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Qeyd olunur ki, yanğın binanın zirzəmisindən başlayıb.