Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Qeyd edək ki, Pirqulu stansiyasından 44 km cənubda - Qobustan rayonu ərazisində dünən də (saat 17:50-də) zəlzələ qeydə alınmışdı.