Qazaxıstanın Karaqanda vilayətində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumata görə, noyabrın 3-də, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Olay 5 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - deə məlumatda bildirilib.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, mədəndə çalışan 106 işçi təxliyə edilib.