İranda sənaye şəhərciyində yanğın baş verib.
Məlumata görə, İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.
Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.
İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.
Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.