Paytaxtda 38 yaşlı qadın yaşadığı evdə intihar edib.
Senzor.az bildirir ki, hadisə noyabrın 11-də paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirova yaşadığı evin tavanına bərkidilmiş iplə özünü asıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, N.Nəsirova evli olub, bir uşağı var.