Ermənistanda rüşvət almaq və verməkdə təqsirli bilinən dörd hərbçi saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər yayıb.
Bildirilir ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alıb.
Belə ki, o, zabitlərdən vəzifədə yüksəlişləri üçün müxtəlif vaxtlarda 1 500, 2 000 ABŞ dolları məbləğində pul alıb və onların vəzifəyə təyin olunmasına nail olub.
Hərbi hissənin komandiri rüşvət almaq, digər zabitlər isə rüşvət vermək maddəsi ilə həbs olunublar.
İstintaq davam edir.