Noyabrın 16-sı Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Səadətdin Nuriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Əfsanə Nuruyevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.