Moskva-İstanbul təyyarəsində bomba həyəcanı

Rusiyanın ən böyük hava yolu şirkətlərindən biri olan “Aeroflot”a məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

 

DHA nəşrinin məlumatına görə, hadisə Moskva-İstanbul reysi üzrə hərəkət təyyarədə qeydə alınıb.

 

Bildirilir ki, “Boeing 737-800” tipli “SU-2130” təyyarəsi Rusiya paytaxtının “Şeremetyevo” hava limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəyə həyəcan siqnalı verilib. Təyyarənin pilotu dərhal İstanbul Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumatlandırıb.

 

Planlaşdırılan vaxtda təyyarə heç bir problem olmadan İstanbul Hava Limanına eniş edib və təhlükəsizliyin təmini üçün xüsusi dayanacaq sahəsinə aparılıb.

 

Burada polislər təyyarədə axtarışa başlayıb və bombanın olmadığı müəyyən edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.