Cəlilabadda ağır yol qəzası baş verib.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri - Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub. Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən 21 noyabr səhər saatlarında dünyasını dəyişib.
Sürücü F. Əmirov saxlanılıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.