Türkiyədə 5,9 bal gücündə zəlzələ: İKİ NƏFƏR ÖLÜB
YENİLƏNİB

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.


Məlumatda bildirilir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb. Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.


Eyni zamanda yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


**12:39

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.


Türkiyə mətbuatı xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.


Zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.

**10:54

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

**09:06


Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

 

Bundan əvvəl maqnitudanın 6,0 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

 

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

  

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

  

Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Tvitter” hesabında yazıb ki, son məlumata görə, güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb, onlar xəstəxanalarda müalicə olunurlar. 

 

YENİ BİLGİLER: Düzce Gölyaka merkezli, birçok ilimizde hissedilen 5,9 büyüklüğündeki depremde; Düzce’de 1’i ağır 32, İstanbul’da 1, Bolu’da 1, Zonguldak’ta 1 kişi olmak üzere şu anki bilgilere göre yaralı sayısı 35’tir. Sağlık kurumlarımızdaki yaralıların tedavileri devam ediyor.

— Dr. Fahrettin Koca (@drfahrettinkoca) November 23, 2022
Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.