Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.