İtaliyalı velosipedçi Davide Rebellin yük maşını ilə toqquşaraq dünyasını dəyişib.
Bu barədə “Cyclingnews” xəbər yayıb.
Mənbənin sözlərinə görə, insident Viçenza yaxınlığında məşq zamanı baş verib.
Bildirilib ki, polis araşdırmalara başlayıb və sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, Rebellinin 51 yaşı var idi. Onun karyerası 30 ili əhatə edib. O, öz nəslinin ən güclü klassik velosipedçilərindən biri hesab olunur. 2009-cu ilin aprelində o, dopinqdən istifadə etdiyinə görə iki il müddətinə Pekin Olimpiadasında iştirakdan uzaqlaşdırılıb.