Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, şəhər ərazisində iki minik avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alan Gəncə şəhər sakinləri - 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova, onun oğlu, 1995-ci il təvəllüdlü Təbriz Əliyev və digər avtomobildə olan 1999-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Azər Əlizadə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.