Astara rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun dağlıq Motlayataq kəndində, Üləsi dağları ərazisində qeydə alınıb.
Motlayataq kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Avtomobildə olan sərnişin, sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzaya qarlı havanın, yolun buzlu olmasının səbəb olduğu bildirilir.
Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.