Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu hadisə yerində ölüb. Onun 29 il Dövlət Yol Polisinin Hacıqabul rayonundakı Nəvahi postunda mülki şəxs kimi çalışdığı bildirilir.
Daha bir nəfər - Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.