Saatlıda şadlıq sarayında meyit aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayon sakini, 1975-ci il təvəllüdlü İsmayıl İsayevin şadlıq sarayında meyit aşkarlanması ilə bağlı hazırda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, İ.İsayevin meyiti şadlıq sarayında toydan sonra stolun altında aşkar edilib.