Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.