“28 May” stansiyasında nə baş veribmiş? - "BAKI METROPOLİTENİ" MƏLUMAT YAYDI
FOTO

“Bu gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb”.

 

Senzor.az bildirir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda belə deyilir.

 

"Məlumdur ki, iş günlərində gur saatlarda “Bakı Metropoliteni”nin bir neçə stansiyasında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.

 

Bu gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.

 

Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb.

 

Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub.

 

Ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola bilər. Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik.

 

İstifadə qaydaları,ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür. Onlara əməl edək", - deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, bu gün metronun “28 May” stansiyasında sərnişinlar arasında sıxlıq yaranmış və sosial şəbəkələrdə bunu əks etdirən görüntülər paylaşılmışdı...








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.