Rusiyanın hava hücumundan müdafiə vasitələri Rusiya ordusuna məxsus Ka-52 “Alliqator” tipli helikopteri vurublar.
“RBK-Ukraina” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi yayıb.
Məlumata görə, hadisə dekabrın əvvəli Zaporojye vilayətində baş verib. Helikopterin ekipajının xəsarət almadığı bildirilir.