Cəlilabadda ödəmə terminalı oğurlanıb

Cəlilabadda ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birindən gecə saatlarında içərisində 8784 manat nağd pul olan ödəniş terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lütfulla Qənbərov müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla məlum olub ki, gecə saat 03 radələrində gizli yolla marketə daxil olan həmin şəxs orada qoyulan ödəmə terminalını başqa yerdə sındırıb içərisindəki pulları götürmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq aparıb. Oğurlanan ödəniş aparatı içərisindəki nağd pulla birlikdə L.Qənbərovun gizlətdiyi yerdən aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.