Heydər Əliyev Beynəlxalq Aeroportunda "həyəcan siqnalı" elan edildi - SİNQAPUR-LONDON TƏYYARƏSİ BAKIDA QƏZA ENİŞİ ETDİ
FOTO

Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qantas Airways” aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

 

Senzor.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumatda belə deyilir.

 

Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin “Airbus A380” təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

 

Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.

 

Bakı aeroportunda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

 

Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

 

Qeyd edək ki, “Airbus A380” iki göyərtəli və dünyanın ən geniş sərnişin təyyarəsidir.

 

Onu da xatırladaq ki, bu, A380 təyyarəsinin kapitanlarının Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdikləri ilk qəza eniş sorğusu deyil. Dünyanın hər hava limanı belə böyük təyyarəni qəbul etmək imkanına malik deyil - bunun üçün kifayət qədər uzun və davamlı uçuş-enmə zolağı və təyyarəyə xidmət göstərmək üçün zəruri avadanlıq mövcud olmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.