Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli fərdi yaşayış evində yerləşən qocalar evi yanıb.
Senzor.az bildirir ki, hadisə nəticəsində 20 nəfər həlak olub, daha 6 nəfər isə xəsarət alıb.
Yanğın sahəsi 180 kvadratmetri əhatə edib. Hadisə ilə bağlı məlumatın Fövqəladə Hallar Nazirliyinə gec daxil olması yanğının genişlənməsinə şərait yaradıb.
İlkin versiyaya görə, yanğına səbəb taxta materialdan inşa edilmiş evdə sobanın düzgün işləməməsi olub.
Araşdırma aparılır.
Senzor.az