Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı uşaq ölüb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
“Sovxoz” adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi, 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu minik avtomobili vurub.
Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb.
Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.