Ucarda su kanalında batan şəxsin axtarışları aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, "112" qaynar telefon xəttinə Ucar rayonu, Alpout kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.