İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticədə “Honda” markalı avtomobilin sərnişini, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev dünyasını dəyişib.
Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.